"Gender və reproduktiv sağlamlıq" təlimlərinin ilk günü
10 dekabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

10 dekabr 2018-ci ildə BMT, Y - PEER Azərbaycan və "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə həyata keçirilən "Gender və reproduktiv sağlamlıq" təlimlərinin növbəti mərhələsi başlayıb. Üç gün davam edəcək təlimdə 22 gənc iştirak edib. Təlimin ilk günü Beynəlxalq İnsan Hüquqları gününə təsadüf etdiyi üçün gənclərə bu barədə məlumat verilib, bu günün keçirilmə tarixi və səbəblərindən danışılıb. Daha sonra Genderlə bağlı suallar ünvanlanıb, müzakirələr aparılıb, mövzu ilə bağlı ətraflı məlumatlar təqdim olunub. Sonda gənclər təlimlə bağlı təəssüratlarını bölüşüb, təlimin ilk gününü uğurla yekunlaşdırdıqları üçün bir-birini alqışlayıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.