Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar
23 noyabr, 2016 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti”nin təşkilatçılığı, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin tərəfdaşlığı ilə “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda forum keçirilmişdir.

Forumun məqsədi - ölkəmizin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmiş multikulturalizmin Azərbaycan modelinin təbliğ edilməsi, eyni zamanda Qarabağ ərazilərində ermənilər tərəfindən dağıdılmış və saxtalaşdırılmış tarixi-arxeoloji Qarabağ abidələri, Qarabağ tarixi haqqında həqiqətlərin Avropa ictimaiyyəti arasında yayılması, Avropa mediası ilə əməkdaşlığın qurulması və Avropa elmi gəncliyi vasitəsilə təbliğat işinin daha da genişləndirilməsidir.

Forumda Avropa gənc alimləri və media təmsilçilərinin iştirakı ilə multikulturalizmin Azərbaycan modeli haqqında diskussiyalar təşkil edilmiş, eyni zamanda, azərbaycanlı və avropalı gənclər arasında Azərbaycanın tarixi Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması nəticəsində dağıdılmış abidələr problemi ilə bağlı birgə elmi məqalələrin hazırlanması və Avropada çap edilməsi barədə, Avropa Gənc Alimlər Şurasının (Eurodoc) təşkilatının xətti ilə Avropanın 35 ölkəsində yerləşən gənc alimlər təşkilatlarında və Eurodoc-un 2017-ci il Oslo şəhərində keçiriləcək forumunda Azərbaycan həqiqətlərinin yayılması məsələləri müzakirə olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.