"Gender və reproduktiv sağlamlıq" təlimlərinin 2-ci günü
11 dekabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

11 dekabr 2018-ci ildə BMT, Y - PEER Azərbaycan və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Gender və reproduktiv sağlamlıq" təlimlərinin ikinci günü başa çatıb. Təlimin əvvəlində gənclər ilk gün öyrəndiklərini xatırlayıb, mövzu ətrafında müzakirələr aparıblar. Təlimin sonrakı mərhələsində "Stereotip", "Stiqma", "Diskriminasiya anlayışları ilə tanış olub, onların mahiyyətini öyrəniblər. Daha sonra cəmiyyətdə qarşılaşdıqları stereotiplərdən danışıb, onların mənfi tərəflərini qeyd ediblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.