"Əminliklə ünsiyyət" mövzusunda növbəti təlim
07 dekabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

ARGİN, UNİCEF və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən Basic Life Skills təlimlərinin növbəti mövzusu "Əminliklə ünsiyyət" olub. İnteraktiv metodlardan istifadə edilən təlimlərdə maraqlı anlar yaşanıb. İştirakçılar ünsiyyət zamanı hansı məqamlara diqqət etməli olduqlarını öyrənib, ünsiyyətin müxtəlif formalarını sınaqdan keçiriblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.