“Könüllülük” təlimi
05 dekabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

5 dekabr Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq Mingəçevir Gənclər Evinin əməkdaşı Seymur Səfəralıyev tərəfindən könüllülük təlimi keçirilib. Təlimdə yeniyetmə və gənclər iştirak edib. İştirakçılara könüllülük və könüllü olmağın faydaları haqqında məlumat verilib. Beynəlxalq Könüllülər Gününün yaranma tarixindən bəhs olunub. Daha sonra gənc könüllülər konsert zalında keçirilən party-də iştirak ediblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.