“Eko-Breyn-rinq” intellektual bilik yarışması
25 dekabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

25 dekabr 2018 - ci il tarixdə Şirvan Gənclər Evində Ekologiya dərnəyinin təşkilatçılığı ilə gənclər arasında ətraf mühitə daha diqqətli, qayğıkeş yanaşma və ekoloji mədəniyyətin formalaşması, gənclərdə ekoloji dünyagörüşün və biliklərin artırılması məqsədilə “Eko-Breyn-rinq” intellektual bilik yarışması keçirildi. Yarışmada 15 komanda(5 nəfərlik) üzrə 75 nəfər gənc iştirak etdi. 3 seçim və final turundan ibarət olan yarışmada I yeri “Stimul” komandası, II yeri “Deep Web” komandası, III yeri “Xanbulan çay” komandası qazandı. İlk üç yeri qazanan komandalar diplom və hədiyyələrlə təltif olundular.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.