“Bir olaq, həmrəy olaq” adlı bayram tədbiri
27 dekabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

27 dekabr 2018 - ci il tarixdə Şirvan Gənclər Evində “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni ilin gəlişi ilə əlaqədar “Bir olaq, həmrəy olaq” adlı musiqili-əyləncəli bayram tədbiri keçirildi. Tədbirdə Gənclər Evinin könüllüləri, kurs və dərnəklərin üzvləri, şəhərin fəal gəncləri iştirak etdi. Müxtəlif dərnəklərin üzvləri maraqlı səhnəcik və nömrələrlə çıxış etdilər. Tədbirdə kursu başa vurmuş tələbələrə sertifikatlar təqdim olundu. Tədbir gənclər tərəfindən böyük maraqla qarşılandı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.