“Kommunikasiya və İnsan Münasibətləri Bacarıqları” təlimi
21 dekabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

21 dekabr 2018 – ci il tarixində saat 10-00-da “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsində " Saatlı Gənclər evi" və “Tərəqqi Sosial Tədqiqatlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Vətəndaş Cəmiyyəti və VC bacarıqlarının inkişafı Layihəsi” çərçivəsində 1 gülük “Kommunikasiya və İnsan Münasibətləri Bacarıqları” təlimi keçirildi. Tədbirdə 35-dən çox gənc, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları və digər müəssisələrin əməkdaşları iştirak etdi. Tədbiri “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Əzizağa Quliyev giriş sözü ilə açdı. Daha sonra Layihə rəhbəri Təranə xanım Cəfərova Kommunikasiyanının nə olduğu, Kommunikasiya Niyə vacibdir və həyatımzdakı yeri, Kommunikasiya İnformasiya Mübadiləsi kimi, Kommunikasiya Vasitələri, Verbal Kommunikasiya, Qeyri Verbal Kommunikasiya, Stereotiplərin kommunikasiyaya təsiri, Ünsiyyətin 50 qaydası, Söhbətə başlamaq üçün nə etmək lazımdır, Sevmədiyimiz həmkarlarımızla ünsiyyət yaratmanın yolları, Münasibətlər haqqında 10 həqqiqət haqqında məlumat verdi. Tədbirin gedişində tədbir iştirakçılarının fikirləri öyrənildi və sualları cavablandırıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.