Sumqayıtda gənc müəllimlərə Məntiq və Kurrikulum mövzusunda təlim
22 dekabr 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

22.12.2018-ci il tarixində Sumqayıt Gənclər Evi və Unikal Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt Gənclər evində gənc müəllimlərə məntiq və kurrikulum mövzusunda təlim keçirilmişdir. Seminarın məqsədi gənc müəllimlərin məntiqi təfəkkürünü inkişaf etdirmək və kurrikulum fənni üzrə təlim strategiyaları ilə tanış etmək idi. Təlimdə 60-a yaxın gənc müəllimlər iştirak etmişdir

İlk öncə Sumqayıt Gənclər Evinin direktoru Pəri Vəliyeva çıxış edərək hər kəsi salamlamış, dövlət gənclər siyasətindən, ölkəmizdə gənclər üçün yaradılan şəraitdən, Gənclər evləri və onların fəaliyyətindən, şəhərdə görülən layihələrdən bəhs etmiş və gənc müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Daha sonra təlimçilər Qəmbərov Saməddin və Əliyev Elşad məntiq və kurrikulum mövzusunda etraflı məlumat vermiş və gənc müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.

Təlimin sonunda gənc müəllimlərlə xatirə şəkli çəkilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.