Sumqayıtda rəsm-sərgi müsabiqəsi keçirildi
27 dekabr 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və Yeni il bayramına həsr edilmiş rəsm-sərgi müsabiqəsi keçirilmişdir.

Sərgidə Baş İdarənin rəisi Elgün Hümbətov çıxış edərək dövlətimiz tərəfindən gənclərin hərtərəfli inkişafına dəstək göstərildiyini, bu istiqamətdə keçirilən tədbirlərin gənclərin estetik tərbiyəsi, bacarıqlarının üzə çıxarılması, yaradıcılığa marağının dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamış və qarşıdan gələn Yeni il bayramı münasibətilə iştirakçıları təbrik edərək onlara uğurlar arzulamışdır.

30-a yaxın müəllifin əl işlərinin nümayiş edilidyi sərginin sonunda qaliblərə hədiyyələr təqdim edilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.