"Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsində yeni il şənliyi
27-28 dekabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

27-28 dekabr 2018-ci il tarixində gənclər "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsində yeni il şənliyi keçirdi. Yeni il şənliyində 120-dən çox gənc və uşaqlar iştirak etdi. Şənliyin sonunda şaxtababa və qar qız uşaqlara hədiyyələr verdi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.