Hüquqi dövlətin inkişafında hüquq mədəniyyətinin rolu
25 noyabr, 2016 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Gənclər şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “DAN Beynəlmiləlçi Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə “Hüquqi dövlətin inkişafında hüquq mədəniyyətinin rolu” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.

Layihənin məqsədi - vətəndaşlara qayda-qanunlara əməl etmək vərdişini aşılamaq, onların öz hüquqlarını bilmələri və buna əməl etmələrindən ibarətdir.

Təlim Beynəlxalq hüquq və insan hüquqları ixtisası ürə Fəlsəfə elmləri üzrə hüquqşünas Xaqani Məmmədov tərəfindən keçirilmişdir.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.