“Şən və hazırcavablar müsabiqəsi” layihəsinin final turu
20 dekabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

20 Dekabr 2018 - ci il tarixdə gənclər arasında asudə vaxtın səmərəli təşkili, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədilə təşkil olunan “Şən və hazırcavablar müsabiqəsi” layihəsinin final turu keçirildi.Komandalar verilmiş 4 mövzu (Salamlama, adət ənənələrimiz barədə, müasir Azərbaycan ailəsi, parodya) üzrə hazırladıqları səhnəcikləri nümayiş etdirdilər. Komandalar münsiflər heyyəti tərəfindən 0-10 ballıq qiymətləndirmə sistemi ilə qiymətləndirildilər və “Gənc istedadlar” komandası layihənin qalibi seçildi. İlk 3 yerə layiq görülmüş komandalar diplom və hədiyyələrlə mükafatlandırıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.