“Ağ ölümün qara fəsadları” praktik seminar və “Bəla” pyesi tamaşası
13-14 dekabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

13-14 Dekabr 2018-ci il tarixlərdə Şirvan Gənclər Evinin və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecinin akt zallarında “Narkomaniyaya qarşı mübarizə həftəsi” layihəsi çərçivəsində silsilə tədbirlərin davamı olaraq “Ağ ölümün qara fəsadları” adı altında praktik-seminar keçirildi və “Bəla” pyesi tamaşası nümayiş olundu. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyəti və Polis şöbəsinin əməkdaşları, Şirvan Gənclər Evinin könüllüləri, orta ümumtəhsil məktəb şagirdləri, tələbə gənclər ümumilikdə 350 nəfərdən çox gənc iştirak etdi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.