“Heydər Əliyev və Müstəqil Azərbaycan-gənclərin gözü ilə” adlı inşa müsabiqəsi və anım tədbiri
12 dekabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

12 Dekabr 2018-ci il tarixdə Şirvan Gənclər Evində Ümummilli lider Heydər Əliyevin anım gününün qeyd olunması ilə əlaqədar “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda anım tədbiri və gənclər arasında təşkil olunan “Heydər Əliyev və Müstəqil Azərbaycan - gənclərin gözü ilə” adlı inşa müsabiqəsinin yekunu və mükafatlandırma mərasimi keçirildi. Müsabiqə 26.11.2018-ci il tarixdən elan olunmuş, 40 nəfərə yaxın gənc mövzu üzrə yazdıqları inşa ilə qoşulmuş və Məmmədova Nahidə Elman qızı müsabiqənin qalibi seçilmişdir. İlk 3 yerə layiq görülmüş gənclər diplom və hədiyyələrlə mükafatlandırıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.