“Təhlükəsiz yol – Təhlükəsiz həyat” adlı layihə
10 dekabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

10 dekabr 2018–ci il trixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin təçkilatçılığı ilə Dədə Qorqud kənd tam orta məktəbində “Təhlükəsiz yol – Təhlükəsiz həyat” adlı layihə keçirildi. Layihənin məqsədi yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsi və maarifləndirici tədbirlərin həyata keçirilməsinə dəstək olmaqdan ibarətdir. Keçirilən tədbirdə gənclər yol təhlükəsizliyi, piyadaların öz təhlükəsizliyini təmin etmək üçün izləməli olduğu qaydalar barədə məlumatlandırıldı. Layihə bir ay müddətində digər ümumtəhsil məktəblərində də keçiriləcəkdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.