Heydər Əliyev Mərkəzinə ekskursiya
11 dekabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

11 dekabr 2018-ci il tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi. “Saatlı Gənclər Evi”nin direktoru Əzizağa Quliyev Heydər Əliyev Mərkəzində olan xatirə dəftərinə öz ürək sözlərini yazdı və öz çıxışında Ulu Öndər Heydər Əliyevin həyatından geniş söhbət açdı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.