Siyasi biliklər olimpiadası
11 dekabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

11 dekabr 2018-ci il tarixində V.Əsgərov adına şəhər 4 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan, yeniyetmələr və gənclər arasında siyasi dünya görüşü formalaşdırmaq və siyasi bilikləri artırmaq məqsədilə “Siyasi biliklər olimpiadası” keçirildi. 3 nəzarətçi heyətindən ibarət olan yarışda 60-a yaxın 10-11-ci sinif gəncləri iştirak etdi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.