“Vətəndaş Cəmiyyəti və VC bacarıqlarının inkişafı Layihəsi” çərçivəsində 3 gülük “Gender yönümlü həssas yanaşma” təlimi
13 dekabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

13 dekabr 2018 – ci il tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsində " Saatlı Gənclər evi" və “Tərəqqi Sosial Tədqiqatlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Vətəndaş Cəmiyyəti və VC bacarıqlarının inkişafı Layihəsi” çərçivəsində 3 gülük “Gender yönümlü həssas yanaşma” təliminin birinci hissəsi keçirildi. Tədbirdə 35-dən çox gənc, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları və digər müəssisələrin əməkdaşları iştirak etdi. Tədbiri “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Əzizağa Quliyev giriş sözü ilə açdı. Daha sonra Layihə rəhbəri Təranə xanım Cəfərova Genderin nə olduğu, Gender Bərabərsizliyinin yalnız qadın problebi olmadığını, Gender Bərabərliyi, Gender Bərabərliyinə nail olmaq üçün Beynəlxalq Konvensiyalar, Tədbirlər, Öhdəliklər, Azərbaycanda Gender Bərabərliyinə nail omaq üçün öhdəliklər, dövlət proqramları və problemlər, Davamlı İnkişaf Məqsədləri (SDG)5 Gender Bərabərliyinə nail olmaq və qadınların səlahiyyətləndirilməsi, Gender Yönümlü Həssas Yanaşma (Gender Meynstiminq) və prinsipləri haqqında məlumat verdi. Tədbirin gedişində tədbir iştirakçılarının sualları cavablandırıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.