“Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsində Yoqa müəllimi Aida Əliyeva tərəfindən Yoqa təlimi
16 dekabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

16 dekabr 2018-ci il tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsində Yoqa müəllimi Aida Əliyeva tərəfindən Yoqa təlimi keçirildi. Təlimdən öncə Aida Əliyeva Yoqanın əsas məqsədinin psixoloji, fizioloji sağlamlıq, təbiətlə harmoniya yarada bilmək hesab olunduğunu, bundan əlavə, yoqa insanlarla pozitiv ünsiyyət qurmağa, şəxsiyyət kimi yetişməyə, ruhi kamilliyə çatmağa kömək etdiyini və Yoqa ilə problemlə mübarizə aparmaq və stressi aradan qaldırmaqda olduqca effektli olduğunu bildirdi. 4 saat davam edən təlimdə “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin könülüləri və gənclər iştirak etdilər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.