Sumqayıt Gənclər evində Robotexnika dərnəyinin təqdimatı
15 dekabr 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıtda Robotexnika dərnəyi fəaliyyətə başlamışdır.

15 dekabr 2018- ci il tarixdə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Robotexnika Mühəndisliyi Akadrmiyasının təşəbbüsü ilə Sumqayıt Gənclər evində Robotexnika dərnəyinin təqdimatı keçirilmişdir.

İlk öncə Gənclər evinin direktoru Pəri Vəliyeva çıxış edərək Azərbaycan gəncliyi "2017-2021-ci illərdə" dövlət proqramından, ölkəmizdə olan Gənclər evlərinin yaranması və fəaliyyətindən, gənclər üçün yaradılan şəraitdən bəhs etmişdir. Daha Sonra Akademiyanın təsisçisi Rəhman Rəhimzadə çıxış edərək robotexnika haqqında etraflı məlumat verərək insan həyatında olan rolundan, vacibliyindən bəhs etmişdir. Təqdimat zamanı valideynləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda yeniyetmələr qruplara bölünərək Mən Pilotam, RoboMonte və Dıy Drone istiqamətlərində ilk dərs keçirilmişdir

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.