Sumqayıt Gənclər Evində gənc ssenarist Erkin Erginin təqdimatında əyləncəli stand-up şou adlı tədbir
15 dekabr 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

15.12.2018 -cı il tarixdə Sumqayıt Gənclər Evində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə gənc ssenarist Erkin Erginin təqdimatında əyləncəli stand-up şou təşkil edilmişdir. Tədbirdə ümumilikdə, 180 nəfərə yaxın gənc iştirak etmşdir. İlk öncə Sumqayıt Gənclər evinin direktoru Pəri Vəliyeva çıxış edərək qonaqları salamlamış, ölkədə aparılan dövlət gənclər siyasətindən, qəbul edilmiş dövlət proqramlarından və həyata keçirilmiş uğurlu tədbirlərdən bəhs etmişdir. Daha sonra Erkin Ergin tədbiri davam etdirərək gənclərimiz üçün gündəlik aktual mövzulardan bəhs edərək yumor vasitəsilə çatdırmağa çalışmışdır.

Sonda Sumqayıt Gənclər evinin kollektivi adından gənc ssenaristə hədiyyə təqdim olunmuş və gənclərimizlə birlikdə xatirə şəkli çəkilmişdir

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.