“Şirvan Gənclərin Regional Debat Forumu: Payız 2018”
01-02 dekabr 2018 | Şirvan şəhəri, Azərbaycan Respublikası

01-02 dekabr 2018-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Payız 2018” layihəsi çərçivəsində Şirvan Gənclər Evində reallaşan “Şirvan Gənclərin Regional Debat Forumu:Payız 2018” uğurla yekunlaşdı. Şirvan Debat klubunun üzvləri zona üzrə forumun qalibi oldu və Bakı şəhərində keçirilən Respublika forumuna yollandılar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.