“Könüllü ol, təcrübə qazan” mövzusunda təlim- seminar
05-06 dekabr 2018 | Şirvan şəhəri, Azərbaycan Respublikası

05-06 dekabr 2018-ci il tarixlərdə gənclərdə könüllülük işlərinə həvəs oyatmaq, onları bu tip fəaliyyətlərə stimullaşdırmaq və 5 Dekabr- “Beynəlxalq Könüllülər Günü”nü qeyd etmək məqsədilə “Könüllü ol, təcrübə qazan” mövzusunda təlim-seminarlar keçirildi. Seminarlarda ölkəmizdə könüllülük fəaliyyəti, onun əhəmiyyəti, bu sahədə çalışan gənclərə verilən önəmdən danışıldı, könüllü fəaliyyətə yeni başlayan və bu sahəyə marağı olan gənclərin sualları cavablandırıldı. Sonra könüllülük fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu və bukletlər paylanıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.