"Gəncə Gənclər Debat Forumu: Payız 2018”
24-26 noyabr 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

24-26.11.2018 Gəncə Gənclər Evinin. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və "Gəncə Regional Debat Mərkəzi"nin birgə təşkilatçılığı ilə keçirilən "Gəncə Gənclər Debat Forumu: Payız 2018" uğurla yekunlaşdı.

Nəzərinizə çatdıraq ki forumda Kolleclər və Univetsitetlərin "Debat Klub"larının komandaları iştirak etmişdir. Forumda 200-ə yaxın debatçı mübarizə apardı. Kolleclər arası finalda Gəncə Tibb Kolleci Debat Klubunun "Bella" komandası və Gəncə Musiqi Kolleci Debat Klubunun "Alfa" komandası qalibiyyət uğrunda mübarizə apardı və qalib "Bella" komandası oldu. Universitetlər arası finalda isə Gəncə Dövlət Universiteti Debat Klubunun "One Direction" və Azərbaycan Dövlət Aqrar Unuversiteti Debat Klubunun "Die Gluclicken" komandası qalibiyyət uğrunda mübarizə apardı və qalib "One Direction" komandası oldu.

"Final mükafatlandırma və bağlanış mərasimi"də açılış nitqi ilə çıxış edən Gəncə Gənclər və İdman Baş İdarəsinin Gənclər Sektorunun Rəisi Rəşad Əlizadə aparılan gənclər siyasətindən,Gəncədə debatın tarixindən və gəncələrə göstərilən diqqət və qayğıdan söhbət açdı.

Tədbirin gedişində çıxış edən Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışdı,bundan sonrada Gəncədə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildiridi.

Daha sonra çıxış edən Milli Debat Proqramının Regional Mərkəzlər üzrə Meneceri Etiram Sadıqzadə Milli Debat Proqramının fəaliyyətindən,gördüyü işlərdən,qazandığı uğurlardan danışdı.

Sonda qalib komandaya kubok və medal,ən yaxşı natiqlərə medal,bütün iştirakçılara sertifikat verildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.