"5 dekabr - Beynəlxalq könüllülər günü” əyləncəli tədbir
02 dekabr 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin təşkilatçılığı ilə Gəncə şəhər Gənclər evində 5 dekabr - Beynəlxalq könüllülər günü qeyd olundu. Tədbirdə 2018ci ilin fəal könüllüləri diplom və sertifikatlarla mükafatlandırıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.