Respublika Gənclər Debat Forumu
03-04 dekabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

03-04 dekabr 2018-ci il tarixində “Respublika Gənclər Debat Forumu: Payız 2018” layihəsi Gənclər və İdman Nazirliyi (The Ministry of Youth and Sport of the Republic of Azerbaijan) və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirildi. Saatlı rayonunu və “Saatlı Gənclər Evi”ni Victory komandası (Əliyeva Xanımbikə; Muradlı Nurəddin; Əliyeva Lamiyə) təmsil etdi. Komanda üzvləri “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən Debat Formunda fəal iştirakına görə sertifikatla mükafatlandırıldı. Eyni zamanda Respublika Gənclər Debat Forumunda dəstək və fəaliyyətinə görə "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən diplomla təltif olundu.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.