“Pis vərdişlər, aludəçilik və bəla“ adlı maarifləndirici rəsm sərgisi
06 dekabr 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıtda “Pis vərdişlər , aludəçilik və bəla“ adlı rəsm sərgisi keçirilmişdir

“Sumqayıt Gənclər evi“-nin və Nigar studiyasının birgə təşkilatçılığı ilə Gənclər evində “Pis vərdişlər, aludəçilik və bəla“ adlı maarifləndirici rəsm sərgisi keçirilmişdir. Ümumillikdə sərgidə 40-a yaxın yeniyetmə və gənc iştirak etmişdir. Qonaqlar rəsm əsərlərinə baxış keçirildikdən sonar Sumqayıt Gənclər evnin direktoru Pəri Vəliyeva çıxış edərək ”Azərbaycan gəncliyi 2017-2021 ci illərdə” Dövlət Proqramından, ölkəmizdə gənclər üçün yaradılan şəraitdən daha səmərəli şəkildə yararlanmağa və pis vərdişlərə olan aludəçiliyin insane həyatına olan mənfi təsirlərdən bəhs etmiş, həyatlarının qədrini bilərək parlaq gələcəyə uğurlu addımlar atmağa çağırmışdır.

Daha sonar Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş üzrə sektorunun müdiri Ceyhun Hüseynov çıxış edərək dövlət gənclər siyasətindən, şəhərimizdə gənclərimizin bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində görülən işlərdən, yaradılan şəraitdən, həmçinin pis vərdişlərə aludəçiliyin qarşısının alınması istiqamətində keçirilən maarifləndirici tədbirlərdən danışmışdır.

Tədbirin sonunda gənc rəssamlara "Sumqayıt Gənclər evi"-nin sertifikat, bukletləri təqdim olunmuş və xatirə şəkili çəkilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.