“Gənc tədqiqatçıların elektron araşdırması” layihəsi
23 noyabr, 2016 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Aysel Rəhimlinin “Gənc tədqiqatçıların elektron araşdırması” layihəsi həyata keçirilmişdir.

Layihədə Gəncə Dövlət Universitetinin magistratura pilləsində təhsil alan gənclər iştirak etmişdirlər.

Layihə çərçivəsində iştirakçılara Azərbaycanda, eləcə də dünyanın hər yerində yaşayan yeniyetmə və gənclərə öz biliklərini artırmaq, həmçinin cavan mütəxəssislərə yeni bilik, səriştə və vərdişlər, peşə sirlərinə yiyələnmək üçün elektron - məsafəli təhsil, onunla bağlı intellektual internet resurslarının və elekton kitabların, e-dərsliklərin rolu haqqında məlumat verilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
yuxarı
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.