Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahmat” birinciliyi
21-22 oktyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 21-22 oktyabr 2016-cı il tarixlərdə Binəqədi rayon Gənclər evində rayon orta ümumtəhsil məktəblərinin I – XI sinif şagirdləri arasında “Şahmat” birinciliyi keçirilib.

Birincilikdə 32 komanda tərkibində 6 nəfər olmaqla ümumilikdə 192 nəfər şagird iştirak edib.

Yarışın nəticəsinə görə I yeri 246 nömrəli məktəb-liseyin komandası, II yeri 126 nömrəli tam orta məktəbin komandası, III yeri 3 nömrəli tam orta məktəbin komandası tutub.

Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlarla təltif olunublar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.