“Azərbaycançılıq milli ideası dövlətçilik idealogiyasıkimi” və “Azərbaycançıllıq və milli mənlik şüuru” adlı məktəblilər arasında yazı-inşa müsabiqəsi
07 dekabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

07 dekabr 2018-ci il saat 15:00-da Valeri Əsgərov adına şəhər 4 saylı tam orta məktəbdə Saatlı rayon İcra Hakimiyyətini və “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə yeniyetmələr və gənclər arasında vətənpərvrlik hisslərinin gücləndirilməsi məqsədilə “Azərbaycançılıq milli ideası dövlətçilik idealogiyasıkimi” və “Azərbaycançıllıq və milli mənlik şüuru” adlı məktəblilər arasında yazı-inşa müsabiqəsi keçirildi. Müsabiqədə 9-10-11-ci sinif şagirdləri iştirak etdilər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.