Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin həkim heyəti "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsində oldu
07 dekabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

07 dekabr 2018-ci il tarixində Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin həkim heyəti "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsində oldu.

Saatlı Rayon İcra Hakimiyyəti ,”Loqos ” Psixoloji və Nitq İnkişaf Mərkəzinin və “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Saatlı rayonunda “Psixi sağlamlığmızı qoruyaq ” adlı konfrans təşkil edildi.Konfransda psixi sağlamlığın insan həyatı üçün önəm kəsb etdiyi vurğulandı.Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının hümanitar məsələlər üzrə müavini Reyhan Ocaqova açaraq tədbirin mahiyyəti barədə tədbir iştirakçılarına məlumat verildi.Daha sonra söz qonaqlara verildi.

Mərkəzin direktoru Təranə Məmmədova “Loqos” psixoloji və nitq inkişaf mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verdi.Daha sonra cəmiyyətdə yaranmış psisi problemlərin səbəbləri və onların həll olunması yolları barədə konfrans iştirakçılarına geniş məlumat verdi.

Daha sonra söz psixoloq Könül xanım Cəfərova verildi.Ümumi psixoloji məsləhətlər və insanların bu gün üçün olan psixoloji vəziyyəti müzakirə olundu.

“Logos” psixoloji və nitq mərkəzinin kadr işləri üzrə şöbənin rəhbəri Aygül Məlikova psixoloji yaş mərhələləri barədə ətraflı məlumat verdi.

Gələcəymiizn inkişafı üçün uşaqların daha sağlam böyüməsi üçün onların diqqət mərkəzində həmişə saxlanılması Aygül Namazovanın çıxışında öz yerini tapdı.

Loqopedə ehtiyacı olan insanların və bu sahədə olan problemlərin aradan qaldırılması yolları Sevda xanım Məmmədlinin məruzəsində geniş izah olunurdu.

Saatlı rayonu üzrə 300-dən çox uşaq və insanların problemləri ilə bağlı konsultasiyalar həyata keçirildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.