Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş film
03 dekabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

03 dekabr 2018-ci il tarixində Saatlı Rayon İcra Hakimiyyəti və “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin təçkilatçılığı ilə “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin 3D kino zalında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş, onun həyat və fəaliyyətini yeniyetmə və gənclərə nümayiş etdirmək, Azərbaycançılıq məfkürəsini təbliğ etmək məqsədilə film yayımlandı. Filmi izləmək üçün Sarıcalar kənd tam orta məktəbininşagir və müəllim kollektivi dəvət olunmuşdur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.