“Şən və hazırcavablar müsabiqəsi” layihəsinin seçim turu
28-29 noyabr 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

28-29 Noyabr 2018 - ci il tarixlərdə gənclər arasında asudə vaxtın səmərəli təşkili, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədilə keçirilən “Şən və hazırcavablar müsabiqəsi” layihəsinin seçim turu keçirildi. Verilmiş 4 mövzu (Salamlama, adət ənənələrimiz barədə, müasir Azərbaycan ailəsi, parodya) üzrə düzgün səhnəcik hazırlayan 7 komanda finalda iştirak hüququ qazandılar. Layihənin final mərhələsinin dekabr ayı ərzində keçiriləcəyi nəzərdə tutulmuşdur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.