Sumqayıt Gənclər evində "5 Dekabr Beynəlxalq könüllülər günü" adlı tədbir
01 dekabr 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

01.12.2018-ci il tarixdə Sumqayıt Gənclər evində "5 Dekabr Beynəlxalq könüllülər günü" münasibətilə bədii əyləncəli tədbir keçirilmişdir. Tədbirdə şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatları Sumqayıt Gənclər və İdman Baş İdarəsi, region üzrə Yeni Azərbaycan Partiyası, Qızıl Aypara Cəmiyyəti, Sumqayıt Gənclər Klubu , Asan xidmət və 33 saylı məktəbin fəalları olmaqla 80-a yaxın ictimai fəal gənclər iştirak etmişdir.

Tədbirdə ilk öncə şəhərimizdə fəaliyyət göstərən bütün könüllərin fəaliyyətdən ibarət video çarx təqdim olunmuşdur.

Daha sonra Sumqayıt Gənclər evinin direktoru Pəri Vəliyeva çıxış edərək qonaqları salamlamış, ölkədə aparılan dövlət gənclər siyasətindən, gənclərə olan diqqət və qayğıdan ,şəhərdə gənclər üçün yaradılan şəraitdən bəhs etmişdir. Daha sonra Gənclər və İdman Baş Idarəsinin rəisi Elgün Hümbətov də çıxış edərək Azərbaycan Gəncliyi "2017-2021-ci illərdə" Dövlət Proqramından, ölkəmizdə gənc könüllülər ordusunun formalaşmasından, Gənclər və İdman Nazirliyinin ,o cümlədən şəhər rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ederək könüllü gəncləri bayram münasibətilə təbrik etmiş ,gənclərə gələcək fəaliyyətində uğurlar arzulamışdır. Gənclər evində könüllülük fəaliyyətlərini tamamlamış il ərzində aktiv olan gənclərə sertifikat və hədiyyə təqdim olunmuşdur.

Tədbir zamanı viktorina təşkil olunmuş, bədii əyləncəli oyunlar keçirilmişdir. Həmçinin könüllü gənclər də öz bacarıqlarını göstərərək kiçik səhnəciklər və rəqslər nümayiş etmişlər.

Tədbirin sonunda gənclərlə birlikdə xatirə şəkli çəkilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.