Rus dili üzrə danışıq klubu
22 noyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Hər bir milləti dünyada tanıdan, onu digər xalqlardan fərqləndirən ən vacib amillərdən biri onun adət-ənənələridir. Adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolu qiymətləndirən Ulu Öndər Heydər Əliyevin: “ Milli adət-ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir” fikirlərini səsləndirməsi də təsadüfi deyildir. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi gənclərin milli-mənəvi dəyərlərimizə yiyələnməklə milli ruhda tərbiyə olunmasını daim diqqət mərkəzində saxlayır. Bununla əlaqədar olaraq “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində fəaliyyət göstərən Rus dili üzrə danışıq klubunun növbəti mövzusu da məhz milli mentalitetimiz və adət-ənənələrimiz olub. Gənclər ölkəmizlə Rusiya Federasiyasının adət-ənənələrini müqayisə edib, mentalitetlərimiz arasında olan fərqləri dilə gətiriblər. Qədim tarixə malik olan Azərbaycanın adət-ənənələrinin zənginliyi ilə də diqqət çəkdiyini vurğulayıblar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.