Fakültələrarası “dama yarışı”
23-25 noyabr, 2016 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Universitetin fakültələri arasında “dama yarışı” təşkil olunmuşdur.

3 turda davam edən yarışın sonunda I yerə Tarix-Coğrafiya fakültəsinin tələbəsi Həsənov Samir, II yerə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Musayev Nurlan və III yerə Pedaqoji fakültənin tələbəsi Əhmədov Əhməd layiq görülmüşdür.

Sonda gənclərə sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.