“Qadın biznesinin inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib.
16 noyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir Gənclər Evində dərzi, bərbər, vizajist, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma, dizayner və başqa peşələr üzrə bilik və bacarıqlarınız olan və bu bacarıqlardan istifadə edib öz biznesini qurmaq istəyən xanımlar üçün “Qadın biznesinin inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən “Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində keçirilən təlimin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.

Bütün bölgələrdə keçirilən təlimlərdən sonra biznes planlar hazırlayan iştirakçılar arasında kiçik qrant müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi (qrant) ayrılacaqdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.