“Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində təlimlər keçirilib
17 noyabr 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

17 noyabr 2018-ci il tarixində “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi, USAİD-in maliyyə dəstəyi, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası, Sahibkarlıq və bazar iqtisadiyyatına yardım fondunun təşkilatçılığı ilə Qadınlar üçün sahibkarlıq təlimləri keçirilib. “Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində baş tutan təlimlərdə öz sahibkarlıq fəaliyyətini həyata keçirmək istəyən 25 xanım iştirak edib. Ümumilikdə layihə çərçivəsində 400 xanımı əhatə edəcək layihədə biznes plan və onun əhəmiyyəti, biznes plan hazırlanarkən nələrə diqqət olunmalıdır haqqında iştirakçılara məlumat verilib. İki gün davam edən təlimlərin sonunda iştirakçılar hazırladıqları biznes planları layihə koordinatoru və təlimçiyə təqdim ediblər. Layihənin region üzrə koordinatoru Cavid Kərimov təlimlərin Respublikanın müxtəlif bölgələrində fərqli zamanlarda keçiriləcəyini və 3 ayın sonunda yekunlaşacağını bildirib. Daha sonra təqdim olunan biznes planlar yaradılan komissiya tərəfindən dəyərləndiriləcək, ən uğurlu biznes planın sahibi olan 50 xanıma sahibkarlıq fəaliyyətinə başlamaq üçün maddi-texniki yardım göstəriləcək.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.