“Eko-infoqrafika” müsabiqəsi
22 noyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

22 noyabr 2018-ci il tarixdə Şirvan Gənclər Evinin təşkilatçılığı ilə ətraf mühitə daha diqqətli və qayğıkeş yanaşma və ekoloji problemlərin həllinə yönələn fəaliyyətə gənclərin cəlb olunması məqsədilə keçirilən “Eko-infoqrafika” müsabiqəsi lahiyəsininyekunu və mükafatlandırma mərhələsi keçirildi. Müsabiqə 01 Noyabr tarixdən elan olunmuş, 50 nəfərə yaxın gənc infoqrafik rəsmlə müsabiqəyə qoşulmuş, 19-21 Noyabr tarixlərdə sərgi nümayiş olunmuşdur. Müsabiqənin yekununda münsiflər heyəti tərəfindən ən yaxşı 3 infoqrafik rəsm seçildi. İlk 3 yerə layiq görülən iştirakçılar diplom və hədiyyə ilə mükafatlandırıldı. Əhmədova Gülnar Vaqif qızı müsabiqənin qalibi seçildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.