“Sağlam gələcək naminə sağlam ol” adlı layihənin II hissəsi
23 noyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

23 noyabr 2018-ci il tarixində Saatlı şəhər 2 nömrəli tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizə. Ağ ölüm əsrin bəlasıdır” tədbiri keçirildi. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri - Reyhan Ocaqova, “Saatlı Gənclər Evi” soial xidmət müəssisəsinin direktoru - Əzizağa Quliyev və əməkdaşları, Saatlı rayon Polis rəisi - Azər Tağıyev və əməkdaşları, Saatlı rayon təhsil şöbəsinin müdiri - Seyidağa Kazımov, Saatlı Mərkəzi xəstəxanasının nümayəndəsi, Saatlı şəhər 2 nömrəli tam orta məktəbinin direktoru - Zabit Rüstəmov, müəllimlər və gənclər iştirak etdi. Tədbirdə narkotik vasitələrin yaratdığı fəsadlardan və narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalardan bəhs edildi. Saatlı rayon Polis rəisi Azər Tağıyev: Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 24-iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı danışdı. Saatlı rayon təhsil şöbəsinin müdiri - Seyidağa Kazımov “ağ ölüm əsrin bəlasıdır” devizidir altında həryerdə tədbirlər keçirildiyini və mütəmadi olaraq keçiriləcəyini bildirdi. Daha sonra çıxış edən “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Əzizağa Quliyev çıxışında: narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərərinə zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafına mənfi təsir göstərən, insanların sağlamlığına təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu bildirdi. Çıxışların sonunda narkomaniyaya qarşı film nümayiş olundu.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.