“Sağlam gələcək naminə sağlam ol” adlı layihənin II hissəsi
23 noyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

23 noyabr 2018-ci il tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin konfrans zalında “Sağlam gələcək naminə sağlam ol” adlı layihənin II hissəsi davam edir. Layihənin icrası üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasının tibb işçisi Nişanə Zeynalova dəvət olunmuşdur. Layihəmizdə iştirak üçün Məzrəlikənd tam orta məktəbin gəncləri dəvət olunmuşdur. Layihənin növbəti günündə gənclərə müxtəlif həyati təhlükəli xəstəliklər, onların əlamətləri, onlardan qorunmağın yolları, eyni zamanda həmin xəstəliklərə aparan zərərli verdişlər haqqında ətraflı məlumat verilmişdir. Sağlam həyat tərzini təbliğ etməyi qarşısına məqsəd qoyan “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsi davamlı olaraq bu tip layihələrin təşkilinə xüsusi diqqət verəcəkdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.