“Qaraxanlı Tarix Klubu”nun açılışı
21 noyabr 2018 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı Gənclər Evinin nəzdində yaradılan “Qaraxanlı Tarix Klubu”nun açılışı baş tutmuşdur. “Tarix klubu”nun açılışında Suraxanı Gənclər Evinin direktoru Natavan xanım Rüstəmova, tarixçi-alim Dilavər Əzimli, Azərbaycan Dövlət Pedaqoji Universiteti "Azərbaycan tarixi" kafedrasının müəllimi dosent Mübariz Ağalarlı, ADPU-nun gənc müəllimi Oğuz Məmmədli, jurnalist Savalan Talıblı və Gənclər Evinin nəzdində fəaliyyət göstərəcək “Tarix Klubu”nun rəhbəri, tarix üzrə ikinci ali təhsilini davam etdirən, Suraxanı rayon fəal gənci Kənan Məmmədov çıxış etmişdir.

Klubun yaradılmasında əsas məqsəd rayon gəncləri arasında Azərbaycan tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini araşdırmaq və təbliğ etməkdir. Klubun əsas fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb. “Tarix Klubu” tədbirdə iştirak edən rayon gəncləri tərəfindən xüsusi maraqla qarşılanmışdır. İştirakçıları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.