“Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” mövzusunda təlim
24-25 noyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24-25 noyabr 2016-cı il tarixlərdə Binəqədi rayon Gənclər evində “Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” mövzusunda təlim keçirilmişdir. Təlimdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, rayon İcra Hakimiyyətinin əməkdaşları Leyla Kərimova, Emil Lətifov, “Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” adlı layihənin rəhbəri Cəmilə Şirinova, təlimçi, “Azsığorta” şirkətinin Mühüm müştərilərlə iş şöbəsinin bölmə rəhbəri Elxan Novruzov, rayon sahə inzibati dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin və MKTB-nin səhifə adminləri, rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak etmişdirlər.

Təlimçi Elxan Novruzov sığortanın tarixi, Azərbaycanda sığorta fəaliyyəti və sığorta bazarı, Azərbaycan Respublikasında icbari sığorta fəaliyyəti haqqında qanun, yaşıl kart, avtomobillərin mülki məsuliyyət və daşınmaz əmlakın icbari sığortaları haqqında ətraflı məlumat vermişdir.

İki gün davam edən təlim nəzəri və praktiki hissədən ibarət olmuşdur. Təlim zamanı iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.