“Vətəndaş və hüquq cəmiyyəti nümayəndələrinin BMT-nin insan hüquqları sistemi və təsisatları mövzusunda bilik və bacarıqlarının artırılmasına dair təlim”
15-16 noyabr 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Gənclər evində, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Avropa İttifaqının maliyyə dəstəyi ilə 15-16 noyabr tarixində Gəncə şəhərində vətəndaş və hüquq cəmiyyəti nümayəndələrinin BMT-nin insan hüquqları sistemi və təsisatları mövzusunda bilik və bacarıqlarının artırılması, eləcə də onların bu iştirak mexanizmlərindəki roluna dair təlim keçirilmişdir. Təlimdə BMT-nin ixtisaslaşmış qurumları və onların mandatları, BMT-nin Müqavilə Orqanlarının yekun qeyd və müşahidələrinin hüquqi təhlili, o cümlədən milli tərəfdaşların BMT məkanında insan hüquqlarının təbliğində iştirakının modallıqlarına dair xülasələr təqdim olunmuşdur. Təlim zamanı vətəndaş və hüquq cəmiyyətinin nümayəndələri təlim materialları və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yenicə Azərbaycan dilinə tərcümə olunmuş nəşrləri ilə təmin olundular.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.