"9 noyabr – Bayraq günü”nü və “20 noyabr – Ümumdünya Uşaqlar günü”nə həsr olunmuş tədbir təşkil olunmuşdur.”
08 noyabr 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

08.11.2018-ci il tarixində Gənclər və İdman Baş İdarəsinin və “Gəncə Gənclər Evi”nin birgə təşkilatçılığı, ilə “9 noyabr – Bayraq günü”nü və “20 noyabr – Ümumdünya Uşaqlar günü”nə həsr olunmuş tədbir təşkil olunmuşdur.

“Gəncə Gənclər Evi”nin təşkil etdiyi “Tarixin dərinliklərindən süzülüb gəlmiş AZƏRBAYCAN!” şüarı altında “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”nə həsr edilmiş müsabiqə keçirilib.Müsabiqə rəsm və dekorativ tətbiqi sənət nominasiyası üzrə 10-17,18-25,26-35 yaş qrupları arasında olub.

Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbinin yetirməsi Rəvan Hüseynov l,“Gəncə Gənclər Evin”də Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun təşkilatı dəstəyi ilə keçirilən dekorativ tətbiqi sənət dərnəyinin yetirməsi Gülçin Mehtiyeva ll,Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbinin yetirməsi Ü.V.Əliyeva lll yeri tutublar.

Müsabiqədə qalib gəlmiş gənclər diplom,sertifikatlar və hədiyyələrlə mükafatlandırılıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.