Şirvan Gənclər Evinin fəaliyyəti haqqında gəncləri məlumatlandırmaq məqsədilə Peşə liseyinin I və II kurs tələbələri ilə görüş.
13 noyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

13 oktyabr 2018 - ci il tarixdə Şirvan Gənclər Evinin fəaliyyəti – burada fəaliyyət göstərən kurs və dərnəklər haqqında tələbə gəncləri məlumatlandırmaq məqsədilə Gənclər Evinin əməkdaşı şəhər Peşə liseyinin I və II kurs tələbələri ilə görüş keçirmişdir.Tələbə gəncləri maraqlandıran sualları cavablandırmış və könüllülük haqqında məlumat vermişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.