“Əsgərə məktub” layihəsi çərçivəsində aksiya elan
18 noyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

Şirvan Gənclər Evidə 18 sentyabr 2018-ci il tarixdən vətənimizin keşiyində duran əsgərlərimizin ruh yüksəkliyini daha da artımaq, ictimaiyyətlə ordumuz arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət etmək, Vətəni qorumağa hər an hazır olan vətənsevər gənclər yetişdirmək, onlarda milli və hərbi vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə 15 noyabr 2018-ci il tarixə kimi “Əsgərə məktub” layihəsi çərçivəsində aksiya elan etmişdir. 50 nəfərdən çox gənc aksiyaya qoşulmuş və vətənimizin keşiyində duran əsgərlərə öz ürək sözlərini ünvanlamışlar. 16 noyabr 2018-ci il tarixdə Şirvan Gənlər Evinin Vətənpərvərlik Klubunda “Əsgərə məktub” layihəsinin yekun mərhələsi keçirildi. Sonda yığılan məktublar N saylı hərbi hissəyə göndərildi .

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.