“Narkomaniyaya qarşı mübarizə həftəsi” çərçivəsində təşkil olunmuş “Ağ ölümün qara fəsadları” adlı marifləndirici tədbir
15 noyabr 2018 | Şirvan rayonu, Azərbaycan Respublikası

15.11.2018 - ci il tarixdə Şirvan Gənclər Evində gənclərlə Narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində "Ağ ölümün qara fəsadları"adlı maarifləndirici tədbir keçirildi.Tədbirdə narkotik vasitələrin və psixotrop maddələrin insan həyatına olan ziyanlarından və bütün cəmiyyətə olan zərərlərindən danışıldı.Narkomaniyanın fəsadlarını əks etdirən videorolik izlənildi, bukletlər paylanıldı və sonda onları maraqlandıran saullar cavablandırıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.