"Gənclərin Çağırışa Qədərki Hazırlığı" ilə məşğul olan rayon orta umumtəhsil məktəblərinin müəllimləri ilə görüş
19 noyabr 2018 | Saatlı rayonu, Azərbaycan Respublikası

19 noyabr 2018-ci il saat 15:00-da "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsində "Gənclərin Çağırışa Qədərki Hazırlığı" ilə məşğul olan rayon orta umumtəhsil məktəblərinin müəllimləri ilə görüş keçirildi. Görüşün məqsədi gənclər arasında hərbi vətənpərvərlik işinin aparılması və müharibə şəraitində olan dövlətmizin yeniyetmə və gənclərinin yüksək vətənpərvərlik ruhunda yetişməsinə dəstək olmaqdan ibarət idi. Tədbirlərin 07,10,11-dekabr tarixlərində keçirilməsi planlaşdırıldı. Görüşdə "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Əzizağa Quliyev "Saatlı Gənclər Evi"nin fəaliyyətindən, uğurla keçirilən tədbirlərdən danışdı.Gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün "Saatlı Gənclər Evi" ndə olan sosial xidmətlərdən bəhs etdi. Dəvət olunan müəllimlər müxtəlif təkliflər irəli sürdü.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.